Pakistan “Ababeel” ballistik raketini sınaqdan keçirdi

Pakistan "Ababeel" (Əbabil) orta mənzilli ballistik raketini uğurla sınaqdan keçirib.

Pakistan “Ababeel” ballistik raketini sınaqdan keçirdi
Pakistan "Ababeel" (Əbabil) orta mənzilli ballistik raketini uğurla sınaqdan keçirib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Sınaqlar regionda strateji sabitliyi gücləndirmək üçün nəzərdə tutulub. "Ababeel" raketinin texniki parametrlərini araşdırılıb", - deyə qeyd olunub.

"Ababeel" qonşu Hindistanda raketlərin inkişafına cavab olaraq hazırlanıb.

Onun uçuş məsafəsi 2200 kilometrə qədərdir.