Pakistanda bomba partladı: ölü və yaralılar var

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin şimal-şərqində yerləşən Ernai rayonunda bomba partlayıb.

Pakistanda bomba partladı: ölü və yaralılar var
Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin şimal-şərqində yerləşən Ernai rayonunda bomba partlayıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə AP nəşri ölkə polisinə istinadən məlumat yayıb.

Ernai komissarının müavini Caved Domki bildirib ki, əldəqayırma partlayıcı qurğu "Mari Petroleum"dan bir qrup qaz kəşfiyyatı apararkən partlayıb. Partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 3-ü hərbçi olmaqla 14 nəfər yaralanıb.