Pakistanda güclü zəlzələ oldu

Pakistanın şimalında 5,5 maqnitudalı zəlzələ baş verib.

Pakistanda güclü zəlzələ oldu
Pakistanın şimalında 5,5 maqnitudalı zəlzələ baş verib.

meqale.com xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ Əfqanıstanın Xandud yaşayış məntəqəsindən 43,6 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.