Pakistanda konvoya hücumda 12 polis həyatını itirdi

Pakistanın Pəncab əyalətində polis karvanına raket və ağır silahlarla hücum edilib.

Pakistanda konvoya hücumda 12 polis həyatını itirdi
Pakistanın Pəncab əyalətində polis karvanına raket və ağır silahlarla hücum edilib.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu haqda "Geo News" televiziyası məlumat yayıb.

Bildirilib ki, iki dəstə maşınında olan 20-dən çox polis əməkdaşı pusquya salınıb.

Silahlı şəxslərin hücumu nəticəsində 12 polis əməkdaşı həyatını itirib, 6-sı yaralanıb.

Hücumun baş verdiyi ərazidə uzun müddətdir silahlı dəstələrin fəaliyyət göstərdiyi məlum olub.