Panama sahillərində güclü zəlzələ baş verdi

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Panama sahillərində güclü zəlzələ baş verdi

Bildirilib ki, yeraltı təkanların episentri ölkənin qərbindəki David şəhərindən (əhalisi 82 min nəfər) 155 km şimalda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Yaralananlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.