Pandemiya təhlükəsi varmı? - Nazirdən açıqlama

"Qızılca ilə bağlı mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə işləyirik".

Pandemiya təhlükəsi varmı? - Nazirdən açıqlama
"Qızılca ilə bağlı mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə işləyirik".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri jurnalistərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir vurğulayıb ki, birinci növbədə uşaqların təhlükəsizliyidir:

"Hazırda bir neçə məktəb var ki, o məktəblərdə daha çox say müşahidə edirik. Biz başa düşməliyik ki, indi üzləşdiyimiz vəziyyət təxminən 9-10 il qabaq valideynlərin verdiyi qərarın nəticəsidir.

Peyvəndləmə nə qədər az olacaqsa, xəstəlik də o qədər çox olacaq. Düşünüəm ki, ilin sonuna qədər çətin dövrü keçəcəyik. Pandemiya təhlükəsini görmürük. Uşaqların peyvəndlənməsi valideynlər tərəfindən aparılsa, belə problemlərlə gələcəkdə qarşılaşmarıq".