Paris-2024: Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO
Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.
Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.
Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.
Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.