Paris-2024: Cüdodan ikinci zəfər, güləş ilk dəfə “Top-3”dən kənarda

Paris-2024-ə 15 idman növü üzrə 17 proqramda 48 təmsilçi ilə qatılan Azərbaycan millisi XXXIII Yay Olimpiya Oyunlarında 7 medal qazanıb.

Paris-2024: Cüdodan ikinci zəfər, güləş ilk dəfə “Top-3”dən kənarda
Paris-2024-ə 15 idman növü üzrə 17 proqramda 48 təmsilçi ilə qatılan Azərbaycan millisi XXXIII Yay Olimpiya Oyunlarında 7 medal qazanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, idmançılarımız mükafatları 4 növdə əldə edib.

Ən yaxşı nəticəyə cüdo millimiz imza atıb. Tatami ustalarımız 2 qızılla komandalarımız arasında 1-ci olub.

2-ci yeri boks və taekvondo bölüşüb. Hər iki növdə bir gümüş əldə olunub.

Daha çox medal qazanan güləş yığmamız 4-cü yerlə kifayətlənib. Bu da bütün mükafatların bürünc olması ilə bağlıdır.

yer

Növ

Q

G

B

C

1

Cüdo

2

0

0

2

2-3

Boks

0

1

0

1

Taekvondo

0

1

0

1

4

Güləş

0

0

3

3

Paris-2024 cüdo yığmamızın digər komandalarımızı üstələdiyi ikinci Olimpiadadır. Pekin-2008-də də yalnız tatamidə qızıl qazandığımızdan bu növ daha uğurlu olmuşdu.

Yalnız güləş daha çox Olimpiadada əsas ümidimiz olub. Dörd dəfə ən yaxşı yığmamız olan pəhləvanlarımız bunun üçündə vahid liderliyə yiyələnib, birində zirvədə şərikli "oturub".

Amma güləşin son belə zəfəri London-2012-də qeydə alınıb. Rio-2016-da taekvondo, Tokio-2020-də karate, Paris-2024-də cüdo millimizin ən güclü tərəfi olub.

Ümumiyyətlə, güləş ilk dəfə ən yaxşı 3 növ sırasına düşməyib. Əvvəlki 7 Olimpiadanın dördündə 1-ci olan pəhləvanlarımız üç dəfə 2-ci yeri tutub. Komanda bu dəfə isə yığmalar arasında yalnız 4-cü yerlə kifayətlənib.

Arxada qalan 8 Olimpiadada 5 növ digərlərini qabaqlayıb. Güləş biri şərikli olmaqla 4, cüdo 2, taekvondo və karate hərəyə 1, atıcılıq isə şərikli olmaqla 1 dəfə ən uğurlu olimpiya növümüz olub.

Atlanta-1996: Güləş Sidney-2000: Atıcılıq və güləş Afina-2004: Güləş Pekin-2008: Cüdo London-2012: Güləş Rio-2016: Taekvondo Tokio-2020: Karate Paris-2024: Cüdo