Paris-2024: Həsrət Cəfərovun bürünc görüşündə rəqibi dəqiqləşib

13:40 Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

Paris-2024: Həsrət Cəfərovun bürünc görüşündə rəqibi dəqiqləşib
13:40 Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxacaq. Bu, "klassiklər"imizin Parisdə medal hesabını açmaq üçün axrıncı şans olacaq.

Yunan-Roma güləşi 67 kq Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Amantur İsmayılovla (Qırğızıstan) güləşəcək.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.

-------- 10:42 Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxacaq. Bu, "klassiklər"imizin Parisdə medal hesabını açmaq üçün axrıncı şans olacaq.

Yunan-Roma güləşi 67 kq Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısının rəqibi bugünkü təsəlliverici görüşlərdə bəlli olacaq.