Paris-2024: Mariya Stadnikdən gözlənilməz məğlubiyyət - YENİLƏNİB - FOTO
15:24 meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Mariya Stadnik ikinci qarşılaşmasında Otqonjarqal Dolqorjavla (Monqolustan) güləşib. Gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb və xalların keyfiyyətinə görə rəqib mərhələ adlayıb. -------- 14:35 Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu gün güləş yarışlarında daha üç çəkidə mübarizəyə start verilib.
Qadın güləşində bir kateqoriyada ilk qarşılaşmalar keçirilir. Azərbaycanın bu növdəki yeganə təmsilçisi Mariya Stadnik özünün 5-ci Olimpiadasında Olimpi fəth etməyə çalışıb.
Qadın güləşi 50 kq Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Anastasiya Blavyas (Almaniya) olub. Millimizin lideri görüşü inamlı qələbə ilə bitirib. Stadnik alman güləşçini 6:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Mariya London-2012 və Rio-2016-da gümüş, Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.