Paris-2024: On birinci günün GÜNDƏLİYİ
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
meqale.com İdman.biz-ə istinadən bildirir ki, bu gün daha 15 dəst medal sahibini tapacaq.
Bununla da artıq başa çatan proqramların ümumi sayı 197-yə çatacaq. İlk on gündə 182 mükafat dəsti uğrunda yarış yekunlaşıb.
Azərbaycan millisi üç proqramda təmsil olunacaq. Olimpiadanın on birinci günündə yunan-Roma və qadın güləşində, həmçinin atletikada idmançımız mübarizə aparacaq.
6 avqust
13:30. Yunan-Roma güləşi, 77 kq Sənan Süleymanov 1/8, 1/4, 1/2 final
13:30. Qadın güləşi, 50 kq Mariya Stadnik 1/8, 1/4, 1/2 final
21:30. Yunan-Roma güləşi, 130 kq Sabah Şəriəti Medal görüşü
21:57. Atletika, çəkicatma Final mərhələsi Anna Skidan