Parisdə erməniəsilli jurnalist həbs edilib
İyunun əvvəlində İrəvanın "Zvartnots" hava limanında keçirdiyi 41 gün aclıq aksiyasından sonra Fransaya qayıdan erməniəsilli jurnalist Leo Nikolyan Parisdə həbs edilib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV Avropa Yəhudi Təşkilatına istinadən məlumat yayıb.
Bildirilib ki, avtobusda yaşlı yəhudini təhqir etmiş Nikolyan avqustun 22-nə təyin edilən məhkəmə prosesinə qədər həbs edilib.