Parisdə Fələstin tərəfdarları küçələrə axışdı

Fransanın paytaxtı Parisdə fələstinyönlü assosasiyalar və bir sıra siyasi partiyalar Respublika meydanında yürüş keçirirlər.

Parisdə Fələstin tərəfdarları küçələrə axışdı
Fransanın paytaxtı Parisdə fələstinyönlü assosasiyalar və bir sıra siyasi partiyalar Respublika meydanında yürüş keçirirlər.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, meydana toplaşan minlərlə insan "Makron, sənin sonundur, fələstinlilər küçələrə!", "İsrail qatildir, Makron tərəfdardır", "Qəzza və Fələstin uşaqları - bizim öldürdüyümüz insanlıqdır" kimi şüarlar səsləndiriblər.

Həmçinin qaldırılan plakatlarda "Qəzza blokadasına son qoyulsun!", "Fələstinə azadlıq!" və s. yazılar qeyd edilib.

Polis ərazidə təhlükəsizliyi gücləndirib.