Parisdəki Olimpiyadada iştirak edəcək

Amerikalı aktyor Tom Kruz Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edəcək.

Parisdəki Olimpiyadada iştirak edəcək
Amerikalı aktyor Tom Kruz Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edəcək.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hollivud ulduzu Olimpiya estafetinin 2028-ci il Yay Oyunlarına ev sahibliyi edən Los-Ancelesə ötürülməsi səhnəsində görünəcək. Onun dəqiq hansı rolu oynayacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, Kruz əvvəllər bir dəfə Olimpiya yarışlarında iştirak edib. O, 2004-cü ildə Afina Olimpiadasının açılışından əvvəl Los-Anceles ərazisində Olimpiya məşəlini daşıyıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun