Parlament seçkiləri bu tarixdə keçiriləcək

Növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirildi, amma bu o demək deyil ki, növbəti seçkilər 2025-ci ilin fevral ayında keçirilməlidir.

Parlament seçkiləri bu tarixdə keçiriləcək
Növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirildi, amma bu o demək deyil ki, növbəti seçkilər 2025-ci ilin fevral ayında keçirilməlidir.

meqale.com xəbər verir ki. bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Çingiz Qənizadə deyib.

"Konstitusiyanın 98-ci maddəsində qeyd olunur ki, növbədənkənar parlament seçkiləri keçirildikdə deputatların səlahiyyət müddəti 5 ildən az ola bilər. Həmin maddədə göstərilir ki, seçkilər beş ildən bir noyabr ayının 1-ci bazar günündə keçirilir. Digər tərəfdən, qanuna görə, parlament seçkiləri irəli çəkilə bilər, ancaq ertələnə bilməz. Başqa sözlə desək, əgər 5 il müddətinin tamam olmasını gözləsək, onda seçki Konstitusiyaya görə 2025-ci ilin noyabrında keçirilməlidir. Bu isə parlamentin səhaliyyət müddətinin uzadılması deməkdir ki, buna da heç bir hərbi, fövqəladə səbəb yoxdur. Buna görə də Azərbaycanda parlament seçkilərinin 2024-cü ilin noyabrında keçiriləcəyini gözləmək olar", - o bildirib.

Ç.Qənizadə vurğulayıb ki, hətta parlament seçkilərinin noyabrdan da tez keçirilməsi mümkündür: