Partlayış baş verən mebel sexi kimindir?

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən, partlayış baş verən mebel sexinin sahibinin kimliyi ilə bağlı məlumatlar yayılıb.

Partlayış baş verən mebel sexi kimindir?
Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən, partlayış baş verən mebel sexinin sahibinin kimliyi ilə bağlı məlumatlar yayılıb.

İddialara görə sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib.

Tağı İbrahimov Binəqədidə partlayış hadisəsi baş verən mebel sexinin sahibi olduğunu inkar edib. O, demokrat.az-a açıqlamasında bildirib ki, yanan mebel sexi onun deyil.

Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı hacı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb: "Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib".