Paşinyan Aİ-yə "ağız açdı" - Böyük ümidlər, fərqli istəklər

Qərbyönümlü siyasət yürüdən Paşinyan baş verən son proslərdən sonra onlarla daha da "səmimiləşib". Bu gün Avropa Parlamentində çıxış edən Paşinyan Ermənistanın Aİ ilə əməkdaşlığını daha da genişləndirmək istədiyini deyib. Bu dəfə də Avropa İttifaqına sığındığını aşkar şəkildə etiraf edən baş nazir onlardan dəstək gözlədiyini dilə gətirib.

Paşinyan Aİ-yə
Qərbyönümlü siyasət yürüdən Paşinyan baş verən son proslərdən sonra onlarla daha da "səmimiləşib". Bu gün Avropa Parlamentində çıxış edən Paşinyan Ermənistanın Aİ ilə əməkdaşlığını daha da genişləndirmək istədiyini deyib. Bu dəfə də Avropa İttifaqına sığındığını aşkar şəkildə etiraf edən baş nazir onlardan dəstək gözlədiyini dilə gətirib.

44 günlük müharibə dövründə əlindən telefon düşməyən Paşinyan görünür yeni çıxış yolları arayışındadır. Makronun cızdığı planlarla özünü uçurumun kənarına aparan baş nazir ondan "üz çevirən" Rusiyadan tamamilə "əlini üzüb". Paşinyanın bu dəfə Qərbə sığınmağında məqsəd eyni olsa da, "arzu-istəkləri" fərqlidir. Belə ki, o, Qarabağdan olan 100 mindən çox qaçqının humanitar problemlərinin həlli üçün Aİ-yə yalvarıb.

Əvvəla, bu rəqəmlər mifdir. Rəqəmlərin belə çox göstərilməsi elə bugünkü iddialar üçün hesablanmış addım idi. İkincisi onlar qaçqın sayıla bilməzlər, çünki öz istəkləri ilə Qarabağı tərk ediblər, onlara qarşı hər hansı zor tətbiq edillməyib, qovulma halları yaşanmayıb. Bunu görmək üçün xüsusi istedada, diplomat olmağa gərək yoxdur, elə sosial şəbəkələrdə onların Qarabağı könüllü tərkinə dair yüzlərlə görüntülər var.

Avropa Parlamentində Paşinyanın yalvarışlarını səmimi qəbul edilib. Avropa Parlamentinin sədri Roberta Metsola Paşinyana dəstək olacaqlarını bildirib. O, Ermənistanın yanında olduğunu dilə gətirərək məsələnin həllində köməklik edəcəklərini qeyd edib.

Paşinyanın Aİ-yə ümidləri sonsuzdur. Lakin, baş nazir Makronun Ermənistan üçün "çabalamaq" cəhdlərinin uğursuz nəticələndiyini unudub. Ona xatırlamaq lazımdır ki, Bakının Qranada sammitində iştirakı rədd etməsi ilə Makronun planladığı format alınmadı, Paşinyanın da xəyalları suya düşdü.

Avropa İttifaqının Ermənistanı dəstəkləməsində təəccüblü nəsə yoxdur və bu yeni bir addım da deyil. Aydın məsələdir ki, Fransa bir sıra beynəlxalq təşkilatlarda və platformalarda Azərbaycana açıq təzyiq cəhdlərini davam etdirir. Bu cəhdlərə baxmayaraq Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bakının Makronun əsas rol oynamağa çalışdığı heç bir formatda iştirakı nəzərdə tutulmur. Azərbaycan Brüssel formatını əsas tutur və sözügedən formatda danışıqlarla müzakirələri davam etdirməyə hazırdır.

Bəxtiyar Umarlı meqale.com