Paşinyan bu sözü ilə nə demək istədi? - Ermənistan qarışacaq

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edib. O, çıxışında bir neçə məqama toxunub. Nikol Qarabağı tərk edən ermənilərlə bağlı iddialarını səsləndirməklə yanaşı Rusiya ilə münasibətlərdən də danışıb.

Paşinyan bu sözü ilə nə demək istədi? - Ermənistan qarışacaq
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edib. O, çıxışında bir neçə məqama toxunub. Nikol Qarabağı tərk edən ermənilərlə bağlı iddialarını səsləndirməklə yanaşı Rusiya ilə münasibətlərdən də danışıb.

"Nikol Paşinyan çıxışı zamanı Putinin onu devirmək istədiyinə də işarə vurub"

Bu barədə siyasi şərhçi Asif Nərimanlı Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını şərh edərkən qeyd edib.

O, bildirib ki, Paşinyan "təhlükəsizlik müttəfiqi" ifadəsini işlətməklə aşağıdakı cür demək istəyib:

"Paşinyan Avropa Parlamentində çıxışında adını çəkməsə də "təhlükəsizlik müttəfiqi" ifadəsini işlətməklə Rusiyanı Ermənistanı müdafiə etməməkdə ittiham edib, KTMT haqda dedikləri isə təşkilatdan çıxmaq istədiklərinin anonsu hesab edilə bilər. Nikol hətta Putinin onu devirmək istədiyinə də işarə vurub. Ermənistanın qarışacağı görünür", - o fikrini yekunlaşdırıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını şərh edən siyasi şərhçi Elxan Şahinoğlu isə məsələni başqa yöndən şərh edib. Onun fikrincə Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskvada deyil, Brüsseldə imzalamağa hazırdır.

"Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Oxşar açıqlamanı daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev səsləndirmişdi. Hər ikisi "ilin sonuna qədər" ifadəsini işlədib. "İqtidarda olan partiya olaraq bizim siyasi iradəmiz var" deyən Paşinyan sülh sazişinin imzalanması məsələsində Avropa İttifaqından dəstək istəyib. Anlaşılan odur ki, Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskvada deyil, Brüsseldə imzalamağa hazır olduğunu biruzə verib. Nikol Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə sülh sazişinin qısa müddətdə imzalanması mümkündür", - o bildirib.

Bəxtiyar Umarlı meqale.com