"Paşinyan ictimaiyyət arasında görünməməyə çalışır"
"Ermənistanın baş naziri Nikol Paşinyan kütləvi tədbirlərdən qaçır.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Məlumata görə, baş nazir bir gün əvvəl 1999-cu il oktyabrın 27-də parlamentdə terror aktı qurbanlarının xatirəsini həlak olanların qohumlarından ayrı olaraq yad edib. Hökumət bunun səbəbini qəzetə izah edə bilməyib. Hətta parlament onun gəlişindən az əvvəl xəbər tutub.