Paşinyan konstitusiya referendumu keçirəcəyini təsdiqlədi

Ermənistan bu gün müstəqillik bəyannaməsi ilə öz münasibətlərini tənzimləməlidir.

Paşinyan konstitusiya referendumu keçirəcəyini təsdiqlədi
Ermənistan bu gün müstəqillik bəyannaməsi ilə öz münasibətlərini tənzimləməlidir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasının efirində deyib.

"Dövlətsiz xalqdan dövləti olan xalqa çevrilməli olduğumuz məqam konstitusiya referendumudur. Yeganə vasitəmiz xalqla danışmaqdır", - o deyib.

Qeyd edək ki, Ermənistan konstitusiyasının preambulasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad var və onun əsasını Ermənistan SSR və qondarma "Dağlıq Qarabağ"ın "birləşməsi" barədə 1 dekabr 1989-cu il tarixli "birgə qərarı" təşkil edir.