Paşinyan Qabriel Attalı Ermənistana dəvət etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Qabriel Attalı Fransanın yeni Baş naziri təyin edilməsi ilə əlaqədar təbrik edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.
O, həmçinin fransalı həmkarını Ermənistana səfərə dəvət edib.
Xatırladaq ki, yanvarın 9-u Q.Attal Elizabet Bornun istefasından sonra Fransanın yeni Baş naziri təyin edilib. 34 yaşlı Attal ölkə tarixində ən gənc Baş nazir olub. O bu təyinata qədər Fransanın təhsil naziri idi.