Paşinyan Türkiyə ilə əlaqələrindən danışdı

İrəvan Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında dialoqu, iki ölkənin xüsusi nümayəndələrinin təmasda olmasını alqışlayır.

Paşinyan Türkiyə ilə əlaqələrindən danışdı
İrəvan Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında dialoqu, iki ölkənin xüsusi nümayəndələrinin təmasda olmasını alqışlayır.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"Həmsərhəd olan iki ölkənin bir-biri ilə əlaqə saxlamaması qəribədir. Şadam ki, bu gün Ermənistan və Türkiyənin xüsusi nümayəndələri təmasdadırlar. Üstəlik, iki ölkənin xarici işlər nazirləri arasında dialoq var", - o vurğulayıb.