Paşinyan yeni "inqilaba" hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək.

Paşinyan yeni
Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hazırda yeganə toxunulmaz şəxsdir.

"Görünür, onun işi həm Paşinyanı, həm də "Vətəndaş sazişi"nın elitasını təmin edir", - KİV yazıb.

KİV qeyd edib ki, Paşinyan ona sadiq olan qanunverici orqanın üzvlərinə güvənir və onları icra orqanına keçməyə dəvət edir. Lakin deputatlar nazir portfelini götürməkdən imtina edirlər.