Paşinyandan Azərbaycanla bağlı gözlənilməz paylaşım

Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi təşəbbüsünü müsbət qarşılayıb.

Paşinyandan Azərbaycanla bağlı gözlənilməz paylaşım
Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi təşəbbüsünü müsbət qarşılayıb.

meqale.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın EPC-yə ev sahibliyi üçün bir-birinin namizədliklərini qarşılıqlı şəkildə dəstəklədiklərini vurğulamaq vacibdir.

Bu qarşılıqlı yanaşma regional əməkdaşlıq və diplomatik münasibətlər baxımından önəmli addım kimi dəyərləndirilir.

Aysel Əkbər meqale.com