Paşinyandan ETİRAF: Trampla görüş...
ABŞ-a səfərin əsas məqsədi dini etiqad azadlığı ilə bağlı sammitdə iştirak etməkdir, orada prosedur tədbiri keçirilir, ABŞ prezidenti ilə görüş nəzərdə tutulmur. Hazırda proqramımızda belə bir maddə yoxdur.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Ancaq bu, çox vacib bir səfərdir. Mən də həmkarlarımla məsləhətləşdim və belə qənaətə gəldik ki, mütləq gedib iştirak etməliyik. Elə tədbirlər də var ki, iştirak etmək üçün dəvət alırıq, bəziləri üst-üstə düşür, təəssüf ki, hansı tədbirdə iştirak etməyimizlə bağlı seçim etməli olacağıq", - Paşinyan bildirib.