Paşinyanın deputatlarla görüşlərindən əvvəl onların telefonları...
Ermənistan KİV-i baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları ilə görüşdən əvvəl gördüyü təhlükəsizlik tədbirlərindən yazıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
Qeyd olunub ki, Paşinyanla qapalı görüşlərdən əvvəl "Vətəndaş Müqaviləsi" partiyasının deputatlarının mobil telefonları yığılır, iclas zalında isə səsboğucular işləyir.
Paşinyanın ötən gün hakim partiyanın nümayəndələri ilə keçirilən görüş öncəsi bu cür tədbirlərə əl atdığı bildirilib.