Paşinyanın Londonda imtinası: özünü baha satır - Solonnikov

Erməni tərəfinin Londonda Azərbaycanla danışıqlardan imtina etməsi özünü baha qiymətə satmaq oyunudur.

Paşinyanın Londonda imtinası: özünü baha satır - Solonnikov
Erməni tərəfinin Londonda Azərbaycanla danışıqlardan imtina etməsi özünü baha qiymətə satmaq oyunudur.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu "Moskva-Bakı"ya müsahibəsində Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov deyib.

"Ötən ilin sonunda Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində Paşinyan, Avropa Şurasının rəhbəri və Fransa prezidentinin iştirakı ilə keçirilən görüşdə iştirakdan imtina edən Azərbaycan Prezidentinin sərt mövqeyini çox yaxşı xatırlayırıq. Onda Əliyev sadəcə olaraq zirvəyə getmədi. Ermənistanın görüşü ləğv etməklə, xüsusən də Azərbaycan və Ermənistan liderlərinin görüşünü açmalı olan Böyük Britaniyanın yeni baş nazirinin kuratorluğundan imtina etməklə nəyi sübut etmək istədiyini söyləmək çətindir", - Solonnikov qeyd edib.

Ekspertin fikrincə, bu, Qərbin növbəti oyunudur: