Paşinyanın müavini: Azərbaycanla delimitasiyanın Tavuşdan başlanması barədə qərar yoxdur

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin Tavuş vilayətindən başlanması barədə qərar yoxdur.

meqale.com APA-ya istinadən bildirir ki, bunu Ermənistan tərəfdən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya rəhbərlik edən Baş nazirin müavini Mqer Qriqoryanın Ofisindən "Azadlıq Radiosu"nun erməni xidmətinə bildirilib.

Qriqoryanın ofisindən o da qeyd olunub ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının növbəti görüşü ilə bağlı razılıq yoxdur.