Paşinyanın müavini: Delimitasiya ilə bağlı növbəti görüşün vaxtı...

Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin növbəti görüşünün vaxtı hələ müəyyən edilməyib.

Paşinyanın müavini: Delimitasiya ilə bağlı növbəti görüşün vaxtı...
Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin növbəti görüşünün vaxtı hələ müəyyən edilməyib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Baş nazirin müavini Mher Qriqoryan bu gün jurnalistlərlə söhbətində bildirib.

O, delimitasiya prosesinə də toxunub:

"Biz sırf olaraq peşəkar xəritələr olan topoqrafik xəritələrdən danışırıq. İkincisi, əslində delimitasiya prosesi sadəcə xəritələrlə işləmək deyil, bu, ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi bazanın və bünövrənin müəyyən edilməsidir. Bütün bu nüanslar çox vacibdir və işimizdə nəzərə alınmalıdır".