Paytaxt avtobuslarında bank kartları ilə ödəniş mümkün olacaq
Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu bu gün "K Group" MMC-nin ("BakiKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.
"Bu ilin sonuna kimi "BakıKart"ın aktiv olduğu marşrutlarda bu funksiya aktiv fəaliyyət göstərəcək".