Yupiterdə ildırım çaxanda belə görünür - FOTO
Yupiterdə şimal qütbünün yaxınlığında burulğan və ildırım çaxmasının görüntüsü çəkilib.
meqale.com oxuya istinadən xəbər verir ki, fotoları paylaşan ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) kadrların "Juno" kosmik gəmisindən 2020-ci ilin sonunda qeydə alındığını bildirib.
O da vurğulanır ki, Yupiterdə ildırım Yerdəki kimi tərkibində ammonyak-su məhlulu olan buludlarda baş verir və daha çox qütblərin yaxınlığında müşahidə olunur.