Paytaxtdakı binada baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB - VİDEO - FOTO
Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları 65 m² sahədə, 19-cu mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin döşəməsi 2 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 8 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-------
00:58
Bakıda Yeni ilin gəlişi münasibəti ilə atəşfəşanlıq keçirilən zaman atılan pirotexniki vasitələrdən biri yaşayış evinə düşüb.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində yerləşən Xətai Park Yaşayış Kompleksində baş verib.
Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.