Pentaqon təsdiqlədi: Türkiyə PUA-sını vurmuşuq!
Suriyada ABŞ hərbçiləri Türkiyə PUA-sını potensial təhlükə kimi qəbul edərək vurublar.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.
Bildirilib ki, Türkiyə qüvvələrinin Amerika hərbçilərini qəsdən hədəfə almasına dair heç bir əlamət müşahidə edilməyib.
İnsidentdən sonra Türkiyə və ABŞ müdafiə nazirləri arasında da telefon danışığı baş tutub.