Peruda nəhəng balina cəsədi sahilə çıxıb - FOTO
Perunun paytaxtı Limada 10 metr uzunluğunda nəhəng balina cəsədi Punta Hermosa çimərliyinin sahilində görünüb.
meqale.com APA-ya istinadən bildirir ki, Peru Dəniz İnstitutunun (IMARPE) tədqiqat qrupu sahilə çıxan balinanın növünü və ölüm səbəbini müəyyən etmək üçün işlərini davam etdirir.
Ətrafı pis qoxu bürüsə də, sakinlər balinanın şəkilini çəkmək üçün növbəyə durub.