Pezeşkian Heydər Əliyevin bu məşhur sözünü təkrarladı
Bir daha fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam. Mahabadda dünyaya gəlmişəm, atam, anam və bütün nəslim azərbaycanlıdır.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Məsud Pezeşkian son vaxtlar onun anasının başqa millətdən olması barədə deyilənlərə aydınlıq gətirərkən bildirib.
O, bununla yanaşı İranda Azərbaycan türkcəsinə qarşı məhdudiyyətlərə də toxunub:
"Bir azərbaycanlı olaraq kimsənin dilimi lağa qoymasına icazə vermərəm, heç kim Azərbaycan türkcəsində yazıb-oxumağa qadağa qoya bilməz".
Qeyd edək ki, prezident seçkiləri öncəsi Məsud Pezeşkianın anasının kürd olması ilə bağlı şayiələr yayılıb.