Pezeşkianın göz yaşları və sevgisi… - Nyu York Tayms
Məşhur "Nyu York Tayms" qəzetinin birinci səhifəsində İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın təsviri olan "İranda dəyişiklik vədləri" başlıqlı yazı dərc edilib.
meqale.com axar.az-a istinadən bildirir ki, qızı ilə təsvirinin paylaşıldığı məqalədə Pezeşkianın bəyanatları və Qərblə əlaqələri haqqında dedikləri yer alıb.
Məqalədə Məsud Pezeşkianın şəxsi həyatına və həyat yoldaşının yol qəzası nəticəsində dünyasını dəyişməsinə, seçkilərdə qalib gəldikdən sonra mərhum xanımı üçün tökdüyü göz yaşlarına və sevgi dolu sözlərinə toxunularaq yazılıb:
"İranda siyasətçilərin göz yaşları və romatik açıqlamaları nadir hallarda kamera qarşısında baş verir".