Pezeşkianın nüfuzu artır: prezident olmaq şansı varmı?
Pezeşkianın Təbrizdə belə qarşılanması gözlənilən idi. Ana tərəfdən kürd olmasına baxmayaraq, o, cəmiyyətdə azərbaycanlı olaraq qəbul edilib. Bunun seçkilərdə nə dərəcədə onun xeyirinə olacağını isə demək çətindir.
meqale.com xəbər verir ki, bunu Axar.az-a tanınmış güneyli yazar və araşdırmaçı Məhəmməd Rəhmanifər Pezeşkianın Təbriz səfərinin seçkilərə təsirini şərh edərkən deyib.
İranda insanların sandıq başına gedib-getməmələrinin əhəmiyyət daşımadığını vurğulayan araşdırmaçı bildirib ki, seçkilərdə Xamenei və onun ətrafının müəyyənləşdirdiyi şəxs qalib gələcək:
"Seçkilərin taleyi ilə bağlı 3 ehtimalım var. Dünyaya meydan oxumaq istəsələr Cəlili, xarici və daxili siyasətdə cüzi yumşalmalara getmək istəsələr Pezeşkian, nisbətən orta vəziyyət yaradıb, Rəisi siyasi xəttini davam etdirmək istəsələr Qalibaf prezident vəzifəsinə gətiriləcək. Hazırda üçünün də şansı var. Son dövrlər Güney azərbaycanlı olaraq Pezeşkianın nüfuzu daha da artıb. Bu baxımdan güneyliləri susdurmaq üçün azərbaycanlı namizədi prezident edə bilərlər".
ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlmə ehtimalının İrandakı seçkilərə bilavasitə təsir etdiyini deyən Rəhmanifər ehtimal edir ki, ölkənin mövcud durumuna görə Cəlilinin şansı aşağı düşür: