PFL rəhbərliyinin içərisindən çıxarıldığı HƏMİN MİKROAVTOBUS - Bu vəziyyətdədir - VİDEO - FOTO

13:54 Ağdamda PFL-in (Peşəkar Futbol Liqası) rəhbər şəxslərin ol​duğu mikroavtobusun maneəyə çırpılması nəticəsində ağır qəza hadisəsi barədə məlumat vermişdik.

PFL rəhbərliyinin içərisindən çıxarıldığı HƏMİN MİKROAVTOBUS - Bu vəziyyətdədir - VİDEO - FOTO
13:54 Ağdamda PFL-in (Peşəkar Futbol Liqası) rəhbər şəxslərin ol​duğu mikroavtobusun maneəyə çırpılması nəticəsində ağır qəza hadisəsi barədə məlumat vermişdik.

meqale.com xəbər verir ki, Trend-in Qarabağ bürosu nəqliyyat vasitəsinin qəzadan sonrakı görüntülərini əldə edib.

Həmin kadrları təqdim edirik:

--------- 11:56 Ağdamda mikroavtobusun maneəyə çırpılması nəticəsində ağır qəza hadisəsi barədə məlumat vermişdik.

meqale.com xəbər verir ki, Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, ağır qəza nəticəsində xəsarət alanlar PFL-in (Peşəkar Futbol Liqası) rəhbər şəxsləri olub.

Əldə etdiyimiz məlumata görə, mikroavtobusda qəzaya düşənlərin vəziyyəti belədir:

Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;

Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;

Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - L1 fəqərənin kompression sınığı;

Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynaqğının əzilməsi;

Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması.

Qeyd edək ki, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.