Pilotlarımız havaya qalxdı - Çətin döyüş manevrləri yerinə yetirildi - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir.

meqale.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.