Pistorius: Berlin Kiyevin müttəfiqi deyil

Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Ukraynanın müttəfiqi olmadığını bildirib.

Pistorius: Berlin Kiyevin müttəfiqi deyil
Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Ukraynanın müttəfiqi olmadığını bildirib.

meqale.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Pistorius Ukraynaya silah tədarükündə gecikmələrin olduğunu da etiraf edib:

"Bacardığımızı çatdırırıq. Bu, demək olar ki, bütün digər müttəfiqlərə və tərəfdaşlara da aiddir. Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. İndi bizim bir problemimiz var: hamıya məlumdur ki, müdafiə sənayesi müəyyən sahələri lazım olduğu qədər tez təmin edə bilmir. Bununla belə, müdafiə sənayesi imkan daxilində istehsal gücünü genişləndirir".