Pizzada ən çox istifadə edilən ədviyyatlar
Pizzanın ləzzətini artıran ən məşhur ədviyyatlar arasında oreqano, kəklikotu, rozmarin, sarımsaq tozu və qırmızı bibər (pul bibər) yer alır.
meqale.com xəbər verir ki, oreqano pizzaya klassik İtalyan aroması verir və adətən pomidor sousunun üzərinə səpilir. Ən əsas və ənənəvi ədviyyatlardan biridir, pizzaya tipik İtalyan dadını qazandırır.
Kəkiklikotu pizzaya intensiv və bitki mənşəli aroma əlavə edir. Xüsusilə pendirli və ya ətli pizzalarda istifadə olunur. Quru və ya təzə formada səpilə bilər, pizzanın dadını daha dərin və zəngin edir.
Rozmarin (Biberiye) güclü və odunsu bir qoxuya malikdir. İncə budaqlar şəklində pizzanın üzərinə əlavə oluna bilər. Xüsusilə tərəvəzli və kartoflu pizzalarla yaxşı uyğunlaşır və pizzaya möhtəşəm ləzzət qatır.
Sarımsaq tozu pizzaya yüngül kəskin və xarakterik bir dad verir. Sousun içərisinə əlavə edilə bilər və ya birbaşa xəmirin üzərinə səpilə bilər. Təzə sarımsağa nisbətən daha bərabər və homogen dad təmin edir və pizzanın ləzzət profilini zənginləşdirir.
Qırmızı pul bibə pizzaya yüngül acılıq qatır və ədviyyat sevənlər üçün əvəzolunmazdır. Xəmirin üzərinə və ya pizzanı servis edərkən səpilə bilər. Pizzaya canlılıq və əlavə ləzzət gətirir.