"Polineziya Fransanın müstəmləkəsi olmaqdan əziyyət çəkir"
Polineziya Fransanın müstəmləkəsi olmaqdan əziyyət çəkir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Polineziya nümayəndəsi Heinui Robert le Caill deyib.
"Sakit Okeanda Fransanın müstəmləkəsinə çevrilmiş ölkələr özünüidentifikasiyanı dəstəkləyə bilmirlər. Fransa bu ölkələrin öz nəzarəti altında qalması üçün səy göstərir. Polineziya muxtariyyət statusu alıb, lakin bu, yalnız kağız üzərindədir. Əslində, bütün qərarları onun adından Fransa qəbul edir", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.