Polis gücləndirilmiş iş rejimində - FOTO

Kəskin hava şəraiti ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür və fasiləsiz xidmət davam etdirilir.

Polis gücləndirilmiş iş rejimində - FOTO
Kəskin hava şəraiti ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür və fasiləsiz xidmət davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən meqale.com-a verilən məlumata görə, paytaxtla yanaşı, ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların təhlükəsiz şəkildə mənzil başına çatması təmin edilir.