Polşa Belarusla sərhədə 2 min hərbçi göndərir

Polşa Belarusla sərhədə qeyri-qanuni keçidləri dayandırmaq və sabitliyi qorumaq üçün sərhəd xidmətinin tələbindən iki dəfə çox - 2000 əsgər göndərəcək.

Polşa Belarusla sərhədə 2 min hərbçi göndərir
Polşa Belarusla sərhədə qeyri-qanuni keçidləri dayandırmaq və sabitliyi qorumaq üçün sərhəd xidmətinin tələbindən iki dəfə çox - 2000 əsgər göndərəcək.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik məlumat verib.

Qeyd edək ki, Polşa Sərhəd Xidmətinin komandiri Tomaş Praqa miqrantların sərhədi qanunsuz keçməsinə görə Polşa-Belarus sərhədinə daha min əsgərin köçürülməsi ilə bağlı Milli Müdafiə Nazirliyinə müraciət etmişdi.