Polşa hərbi helikopteri Belarus sərhədini pozub - VİDEO

Belarus sərhədçiləri Polşanın ölkənin hava məkanını pozması barədə məlumat veriblər.

Polşa hərbi helikopteri Belarus sərhədini pozub - VİDEO
Belarus sərhədçiləri Polşanın ölkənin hava məkanını pozması barədə məlumat veriblər.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Belarus sərhəd komitəsinin mətbuat xidməti məlumat yayıb.

Sərhəd komitəsinin məlumatına görə, pozuntu Qrodno vilayətinin Berestovitski rayonunda qeydə alınıb.

"Polşanın Mi-24 hərbi vertolyotu dövlət sərhədini olduqca aşağı hündürlükdə keçib", - nəşr yazır.

Hadisə ilə bağlı Polşa tərəfinin məlumatlandırıldığı bildirilib.