"Polşada həbs olundum, dedilər ki, Fransadan təlimat alıblar"
Fransa hakimiyyəti insan haqları təşkilatlarının fəaliyyətinə mane olur.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rabbani deyib.
"Mən insan haqları təşkilatında çalışıram. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşada konfransı keçirilən zaman mən ölkəyə gələn kimi Polşanın hakimiyyət orqanları tərəfindən həbs olundum. "Niyə?" sualına cavab olaraq Polşa hakimiyyət orqanları aydın şəkildə bildirdi ki, bunun üçün Fransadan təlimat alıblar. Sonra isə Polşadan deportasiya olundum", - o deyib.
Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.