Portağal qabığının gözlənilməz faydalı xüsusiyyəti

Nigeriyalı tədqiqatçılar aşkar ediblər ki, portağal qabığı həzm prosesini yaxşılaşdırmaqla yanaşı, həm də bağırsaqda faydalı bakteriyaların çoxalmasına kömək edir.

meqale.com oxuya istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "Human Nutrition & Metabolism" elmi jurnalında dərc olunub.

Mütəxəssislər qeyd edirlər ki, portağal qabığının tərkibində hüceyrə aktivliyini dəstəkləyə və oksidləşmədən qoruya bilən çoxlu bitki mənşəli bioloji aktiv birləşmələr - polifenollar mövcuddur.

Portağal qabığı, həmçinin liflə, xüsusən də onun həll olunan forması olan pektinlə zəngindir. Bu, suyu udmaq, həzm prosesini asanlaşdırmaq, qanda şəkərin səviyyəsini sabitləşdirmək və xolesterin və arterial təzyiqi azaltmaq qabiliyyətinə malikdir.