Portuqaliyada funikulyor qəzası- 15 ölü, 20-ə yaxın yaralı var

Portuqaliyanın paytaxtı Lissabonda məşhur "Gloria" funikulyoru relsdən çıxaraq qəzaya uğrayıb.

Portuqaliyada funikulyor qəzası- 15 ölü, 20-ə yaxın yaralı var
Portuqaliyanın paytaxtı Lissabonda məşhur "Gloria" funikulyoru relsdən çıxaraq qəzaya uğrayıb.

meqale.com xəbər verir ki, bu barədə "Correio da Manha" qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 15 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb.

Qeyd edilir ki, funikulyor qəfil idarəetmədən çıxaraq küçə ilə eniş edən zaman binaya çırpılıb.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.