Portuqaliyalı hücumçu yol qəzasında dünyasını dəyişdi

Portuqaliyanın "Oliveyrense" klubunun 19 yaşlı hücumçusu İvan Martins yol qəzası nəticəsində həyatını itirib.

Portuqaliyalı hücumçu yol qəzasında dünyasını dəyişdi
Portuqaliyanın "Oliveyrense" klubunun 19 yaşlı hücumçusu İvan Martins yol qəzası nəticəsində həyatını itirib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Martins Qondomar qəsəbəsindəki Kovelo tunelinin yaxınlığında sürüşən avtomobili idarə edirdi.

Hadisə səhər saat 8:00-da baş verib və dərhal təcili yardım briqadası hadisə yerinə gəlib, lakin gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.