Postsovet məkanında ilk - Uğura gedən yol
Ötən gün daha bir neçə tarixi hadisənin şahid olduq. Ölkə başçısı Xankəndidə, Xocalıda, Ağdərədə bayrağımızı dalğalandırıb. O, Xankəndi şəhərinin mərkəzi meydanında çıxış edərək Azərbaycan xalqını təbrik edib.
Ölkəmiz postsovet məkanında ərazisindəki separatizmi aradan qaldırıb, dinc vətəndaşlarının həyat və təhlükəsizliyinə, dövlət üçün real təhdidə çevrilmiş ekstremizm problemini həll edən ilk dövlət oldu.
Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Bu sahədə son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bir çox hallarda önəmli təşəbbüslərin müəllifi olan Azərbaycan Ermənistanla münaqişəni həll etmək üçün illər ərzində güclü bir siyasi və hüquqi zəmin yaradıb.
İllər ərzində ordumuzun gücləndirilməsi bu qələbədə müstəsna rol oynayır. Döyüş meydanında sübut etdik ki, Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. 44 günlük müharibədən əlavə, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi.
Azərbaycan həmişə sülh mövqeyindən çıxış edib. Sentyabrın 20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri qaçılmaz idi. Biz bu məsələnin illərlə sülh yolu ilə həllinə çalışsaq da, nəticə vermirdi.
Böyük əksəriyyət noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, Azərbaycan istədiyinə nail olacaq. İstədiyimiz isə Xankəndidə bayrağımızın dalğalanması idi. Bunun əsas səbəbkarı isə Azərbaycan xalqı, Azərbaycan övladıdır. Torpaq uğrunda ölümə getməyə hazır gənc nəsil yetişib. Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.
İslam meqale.com